​Bakıda oğurluq edən 38 yaşlı qadın tutulub

​Bakıda oğurluq edən 38 yaşlı qadın tutulub Faktla bağlı araşdırma aparılır
Hadisə
28 Oktyabr , 2015 10:48
​Bakıda oğurluq edən 38 yaşlı qadın tutulub

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bakıda oğurluqda şübhəli bilinən 38 yaşlı qadın tutulub.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 20-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Novruzov Qardaşları küçəsində yaşayan Zenfira Kərimovanın evindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Xalidə Həsənova tutulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi