Bakıda oğurluğa görə 4 yeniyetmə saxlanılıb

Bakıda oğurluğa görə 4 yeniyetmə saxlanılıb Bakı. 3 aprel. REPORT.AZ/ Bakıda oğurluqda şübhəli bilinən 4 yeniyetmə tutulub.
Hadisə
3 Aprel , 2018 11:55
Bakıda oğurluğa görə 4 yeniyetmə saxlanılıb

Bakı. 3 aprel. REPORT.AZ/ Bakıda oğurluqda şübhəli bilinən 4 yeniyetmə tutulub.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 18-dən martın 19-dək olan müddətdə rayon ərazisindəki orta məktəblərin birindən, 4 mağazadan, 1 gözəllik salonundan və 1 aptekdən, habelə paytaxt sakini olan 1 qadının pulqabısından pul, noutbuk və planşet oğurlamaqda şübhəli bilinən 4 yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi