Bakıda oğurlanan avtomobil Xınalıqda tapılıb - FOTO

Bakıda oğurlanan avtomobil Xınalıqda tapılıb - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
8 Sentyabr , 2017 17:59
Bakıda oğurlanan avtomobil Xınalıqda tapılıb - FOTO
Report.az

Quba. 8 sentyabr. REPORT.AZ/ Bakıda oğurlanan avtomobil Quba rayonunun Xınalıq kəndində tapılıb.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində sentyabrın 2-də Yasamal rayon 29-cu polis şöbəsinin ərazisindən VAZ 2107 markalı 10-ND-770 dövlət nömrə nişanlı avtomobili qaçıran şəxslər Quba rayonunda Xınalıq kəndi istiqamətində avtomobili qoyub qaçarkən yaxalanıblar.

1990-cı il təvədlüdlü, Ağsu rayon sakini Sərxan İlqar oğlu Hüseynov və Bakı şəhəri, Yasamal rayon sakini, 1996-cı il təvəllüdlü Anar Rəjdin oğlu Musayev Quba rayon ərazisində saxlanılıb və polis şöbəsinə gətiriblər.

Onların xalaoğlu olduqları bildirilir. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi