Yuxarı
    Bağlamaq

    Bakıda namus üstündə baş verən qətlin təfərrüatı məlum olub - YENİLƏNİB

    Hadisəni törətmiş şəxs polisə təslim olub

    Bakı. 19 dekabr. REPORT.AZ/ Bakıda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

    “Report”un əldə etdiyi məlumata görə, 16 yaşlı Maarif Əliyev anası 37 yaşlı Mədinə Qurbanovanı namus üstündə öldürüb.

    Belə ki, M.Qurbanovanın əri bir müddət əvvəl arvadından küsərək evdən gedib. Qadın isə başqa kişilərlə görüşüb. Bu barədə M.Əliyevə qonşular məlumat verib. Bundan sonra o, anasını güdməyə başlayıb. Küçədə anasının avtomobildən düşdüyünü görən gənc evdə onunla mübahisə edib. Mübahisə bitdikdən yarım saat sonra M.Əliyev anasına divanda əyləşdiyi yerdə atəş açıb. Atəş səsinə qonşular gəlib.

    Qeyd edək ki, M.Qurbanovanın 4 övladı var. M.Əliyev ortancıl oğludur.

    *** ilk xəbər saat 08:31-də yayımlanıb

    Bakı. 19 dekabr. REPORT.AZ/ Bakıda oğul anasını başından güllələyib.

    "Report"un xəbərinə görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

    Belə ki, Sabunçu rayonu, Zabrat qəsəbəsində 16 yaşlı Əliyev Maarif Eldar oğlu birlikdə yaşadığı anası 1979-cu il təvəllüdlü Qurbanova Mədinə Nurəddin qızına ov tüfəngi ilə başından atəş açaraq onu qətlə yetirib.

    Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

    Hadisəni törədən şəxs polisə təslim olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi