Yuxarı

Bakıda oğru qadınların məhkəməsi başlayır

​Bakıda oğru qadınların məhkəməsi

© pexels.com

Bakıda oğurluqda ittiham edilən Rəqsanə Zeynalova və Günel Rəhimzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Hakim Tural Ələkbərovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hər iki qadın öz həmcinslərinə - Alsharah Əsli Akif qızına qarşı oğurluq cinayəti törətməkdə təqsirləndirilir.

Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq) maddəsi ilə ittiham verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi