Bakıda oğlan sevdiyi qıza görə qollarını kəsib

Bakıda oğlan sevdiyi qıza görə qollarını kəsib Hadisə Səbail rayonunda baş verib
Hadisə
22 Oktyabr , 2016 09:33
Bakıda oğlan sevdiyi qıza görə qollarını kəsib

Bakı. 22 oktyabr. REPORT.AZ/ Bakının Səbail rayonunda 20 yaşlı oğlan intihara cəhd edib.

"Report"un məlumatına görə, Üzeyir Hacıbəyli küçəsi 21, mənzil 17-də yaşayan 1996-cı il təvəllüdlü Abdullayev Vüsal Ramiz oğlu hamam otağında iki qolunun damar nahiyəsini kəsib. Çoxlu qan itirən V.Abdullayev 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

V.Abdullayev ilkin tibbi yardımdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşlarına ifadəsində bildirib ki, o sevdiyi qız üçün intihara cəhd göstərib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi