Bakıda ögey qızını döyərək öldürməkdə təqsirləndirilən şəxs özünü təqsirli bilməyib

Bakıda ögey qızını döyərək öldürməkdə təqsirləndirilən şəxs özünü təqsirli bilməyib Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib
Hadisə
9 İyun , 2017 17:37
Bakıda ögey qızını döyərək öldürməkdə təqsirləndirilən şəxs özünü təqsirli bilməyib
Report

Bakı. 9 iyun. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində ögey qızını döyərək öldürməkdə təqsirləndirilən Elnar Hacıyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə E.Hacıyev özünü təqsirli bilmədiyini söyləyib.

Hakim qeyd edib ki, prosesdə zərərçəkiş şəxsin hüququ varisi iştirak etmədiyinə üçün iclas iyunun 16-nadək təxirə salınıb.

Qeyd edək ki, ötən ili iyulun 29-da Xırdalan şəhərindəki evlərdən birində kirayədə yaşayan Ağsu rayon sakini Samirə Yarıyeva DİN-in "102 Zəng Mərkəzi"nə zəng edərək şəhər ərazisində qızı, 6 yaşlı Ramilənin müəyyən edilməmiş avtomobillə vurulması və onun ölməsi barədə məlumat verib.

Meyitin müayinəsi zamanı uşağın avtomobillə vurulması deyil, onun zorakılıq əlamətləri nəticəsində öldürülməsi müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində uşağı döyərək öldürməkdə şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Elnar Hacıyev tutulub.

O, Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi