*** saat 08:09
Bakı. 19 aprel. REPORT.AZ/ Bakıda kafedə xidmətçi işləyən qadın qeyri-rəsmi nikahda yaşadığı kişi tərəfindən bıçaqlanıb.
"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Ə.Məmmədəliyev küçəsində fəaliyyət göstərən "Mor-Mor" kafesində xidmətçi işləyən 1984-cü il təvəllüdlü Hümbətəliyeva Tərgül Məzahir qızı müştəri tərəfindən bıçaqlanıb. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.
T.Hümbətəliyeva polisə ifadəsində bildirib ki, o, 4 aydır qeyri-rəsmi nikahda yaşadığı (həmin şəxsin adı hələlik açıqlanmır) kişi tərəfindən bıçaqlanıb.
"Mor-Mor" kafesinin sahibi Məhəmməd Şirinov "Report"a bildirib ki, hadisə onun kafesində deyil, kənar yerdə baş verib: "Tərgül Hümbətəliyeva hadisədən 3 gün əvvəl işdən çıxarılıb".
Faktla bağla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
