Bakıda ofis və mağazalarda yanğın olub

Bakıda ofis və mağazalarda yanğın olub Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 750 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (ofis və mağazalar) sahəsi 271 m² olan mağazanın anbarında taxtadan ibarət arakəsmə divar 8 m² sahədə və qismən ərzaq malları yanıb. Yüksək
Hadisə
1 aprel 2022 05:27
Bakıda ofis və mağazalarda yanğın olub

Bakıda ofis və mağazalarda yanğın olub.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Binəqədi rayonunda ümumi sahəsi 750 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (ofis və mağazalar) sahəsi 271 m² olan mağazanın anbarında taxtadan ibarət arakəsmə divar 8 m² sahədə və qismən ərzaq malları yanıb.

Yüksək temperaturdan 1 ədəd ödəniş terminalı və 1 ədəd kondisioner qarsalanıb.

Mağazanın qalan hissəsi və bitişik digər obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi