Bakıda ödəmə terminalından 3 438 manat pul oğurlandı

Bakıda ödəmə terminalından 3 438 manat pul oğurlandı Bakıda ödəmə terminalından pul oğurlayan şəxs tutulub.
Hadisə
1455
16 Dekabr , 2020 12:57
Bakıda ödəmə terminalından 3 438 manat pul oğurlandı
0 : 00
0 : 00

Bakıda ödəmə terminalından pul oğurlayan şəxs tutulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 15-nə keçən gecə rayon ərazisindəki marketlərin birində quraşdırılmış ödəmə terminalından 3 438 manat pul oğurlamaqda şübhəli bilinən Oğuz rayon sakini M.Lətifov saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi