Bakıda nitq qüsurlu qadın döyülüb

Bakıda nitq qüsurlu qadın döyülüb O, 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb
Hadisə
24 Noyabr , 2016 11:21
Bakıda nitq qüsurlu qadın döyülüb

Bakı. 24 noyabr. REPORT.AZ/ Bakıda nitq qüsurlu qadın döyülüb.

"Report"un xəbərinə görə, hadisə Yeni Günəşli qəsəbəsi V massivi bina 21-də qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Bədəlova Bəsti Allahverdi qızı qonşular tərəfindən binanın blokunda tapılıb. Məlum olub ki, B.Bədəlova döyülüb, onun üz və bədən nahiyəsinə xəsarətlər yetirilib, saçının bir hissəsi isə cibinə yığılıb.

O, 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, B.Bədəlova mənzildə tək yaşayır. Hadisə vaxtı isə mənzilin qapısı açıq olub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi