Bakı sakini nişanı geri qaytaran qızı qətlə yetirib - YENİLƏNİB-2

Bakı sakini nişanı geri qaytaran qızı qətlə yetirib - YENİLƏNİB-2 Onun bacısı da bıçaqlanıb
Hadisə
6 Mart , 2017 12:53
Bakı sakini nişanı geri qaytaran qızı qətlə yetirib - YENİLƏNİB-2

*** saat 10:23

Bakı. 6 mart. REPORT.AZ/ Daxili İşlər Nazirliyi Bakıda nişanlı qızın qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.

"Report"un xəbərinə görə, məlumatda bildirilib ki, martın 5-də saat 04 radələrində Xəzər rayonunun Binə qəsəbəsində İlahə Ağayevanın yaşadığı evə gəlmiş həmyerlisi, əvvəllər məhkum olunmuş Nəcəf Məcidov (nişanlısı) münaqişə zəminində ona və bacısı Rəhiməyə bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. İ.Ağayeva hadisə yerində ölüb, Rəhimə isə xəstəxanaya yerləşdirilib.

Xəzər Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

*** saat 09:39

Bakı. 6 mart. REPORT.AZ/ Bakıda gənc oğlan nişanlısını boğazından bıçaqlayaraq qətlə yetirib.

"Report"un məlumatına görə, hadisə Xəzər rayonu Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, Binə qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü Ağayeva İlahə Dəyanət qızı nişanlısı Nəcəf Məcidova üzüyü geri qaytarmağı barədə xəbər göndərib. Səbəb oğlanın tüfeyli həyat keçirməsi olub. Bundan sonra N.Məcidov tələb edib ki, keçmiş nişanlısı onunla görüşsün. Qız bunu qəbul etmədikdə, oğlan onun evinə gedərək boğaz nahiyəsinə bıçaqla bir neçə zərbə vurub. Hadisənin qarşısını almaq istəyən İ.Ağayevanın bacısı 1997-ci il təvəllüdlü Rəhimə Ağayeva isə bədən nahiyəsindən iki bıçaq zərbəsi alıb.

Nəticədə İ.Ağayeva hadisə yerində ölüb. R.Ağayeva isə xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağırdır.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi