Yuxarı
    Bağlamaq

    Bakıda nəvəsini öldürən şəxs: "Öldürəndən sonra cinsiyyət orqanını kəsdim"

    O, şəhid olan oğlumu və məni söydü

    Bakı. 17 yanvar. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində nəvəsini qətlə yetirməkdə təqsirləndirilən Rakif Bayramovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    "Report"un xəbərinə görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə şahid R.Bayramovun qudası Saleh Həsənov ifadə verib. S.Həsənov bildirib ki, öldürülən şəxsin meyiti onun maşınında Ağdam rayonuna aparılıb: "Amma bundan xəbərim olmayıb. Onun arvadı və Rafik Bayramovla birgə rayona nəvəsinin yas mərasiminə mənim maşınımla gedirdik. Yolda maşından iy gəlirdi. Onlara nə iyi olduğunu soruşdum. Rafik dedi ki, fikir vermə. Yolda arvadı da ağlayırdı. Soruşdum ki, bəs bu uşağı öldürüblərsə, meyiti hanı? Meyitin maşında olduğunu bildirdi. Daha sonra meyiti rayonda basdırdılar. Hadisədən 8 gün keçəndən sonara Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları gəldilər. Araşdırmalar zamanı məlum oldu ki, uşağı Rakif öldürüb. Başımı itirmişdim".

    Təqsirləndirilən R.Bayramov bildirib ki, nəvəsini öldürdüyünü etiraf edib: "Nəvəmi mən öldürmüşəm. Şəhid oğlumu söydü, mən də öldürdüm".

    R.Bayramovun istintaqa ifadəsinin bir hissəsi elan edilib. O, ifadəsində qeyd edib ki, nəvəsi narkoman dostlarını evə gətirib: "Bundan bezmişdim. Şəhid olan oğlumun gorunu və məni söydü. Üstümə gələndə bir yumruq vurdum. Yerə yıxıldı. Tez əllərini və ağzını bağladım. Mətbəxdən bıçaq gətirib cinsiyyət orqanını kəsdim. Sonra iplə boğub, öldüyünə əmin oldum. Yorğana büküb, yatağın altına qoydum".

    Daha sonra digər şahid R.Bayramovun qardaşı Vaqif Bayramov dindirilib.

    Məhkəmənin növbəti iclası yanvarın 27-nə təyin edilib.

    Qeyd edək ki, ötən fevralın 7-də Mübariz Məmmədov Binəqədi Rayon Prokurorluğuna müraciət edərək, 1997-ci il təvəllüdlü, oğlu Tural Bayramovun naməlum şəxs və ya şəxslər tərəfindən öldürülərək Ağdam rayonunun Çəmənli kəndində dəfn edildiyini bildirib.

    Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun babası R.Bayramov tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən o, tutularaq istintaqa cəlb olunub. Meyit məhkəmənin qərarına əsasən dəfn olunduğu yerdən çıxarılaraq (eksqumasiya) ekspertizaya təqdim edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi