Yuxarı

​Bakıda nəşriyyat sexində yanğın olub

Dəftər ləvazimatları yanıb

Bakı. 10 fevral. REPORT.AZ/ Gecə saatlarında Bakının Suraxanı rayonunda yanğın hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə vətəndaşa məxsus ikimərtəbəli evin 1-ci mərtəbəsində yerləşən nəşr sexində 1 otağın yanar konstruksiyaları və dəhlizinə yığılmış dəftər ləvazimatları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi