Bakıda nənə və nəvəni avtomobillə vuraraq öldürən sürücüyə hökm oxunub

Bakıda nənə və nəvəni avtomobillə vuraraq öldürən sürücüyə hökm oxunub Bakı. 28 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümünə səbəb olan sürücü Tərlan İmanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
28 Fevral , 2019 13:26
Bakıda nənə və nəvəni avtomobillə vuraraq öldürən sürücüyə hökm oxunub
Report

Bakı. 28 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümünə səbəb olan sürücü Tərlan İmanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə T.İmanov 5 il azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəza çəkmə məntəqsində çəkəcək. 

Qeyd edək ki, ötən il sentyabrın 28-də Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü İmanov Tərlan Cəmil oğlu idarə etdiyi “ZİL-130” markalı, 10-GL-195 dövlət nömrə nişanlı avtomobillə Sabunçu rayonunun Şəhər şosesi küçəsində hərəkətdə olarkən piyada keçidində 1952-ci il təvəllüdlü Gülü Salmanovanı, habelə onun nəvələri - 2008-ci il təvəllüdlü Əfqan Məmmədov və 2009-cu il təvəllüdlü Aygün Məmmədovanı vurub.

Hadisə nəticəsində zərərçəkmişlər 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. G.Salmanova və A.Məmmədova aldıqları xəsarətlər nəticəsində xəstəxanada ölüblər.

Daha sonra sürücü T.İmanov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Son xəbərlər

Orphus sistemi