Bakıda nənə və nəvəni maşın vurub, nənə ölüb

Bakıda nənə və nəvəni maşın vurub, nənə ölüb Hadisə Biləcəri qəsəbəsində baş verib
Hadisə
1 İyun , 2017 08:34
Bakıda nənə və nəvəni maşın vurub, nənə ölüb

Bakı. 1 iyun. REPORT.AZ/ Bakının Binəqədi rayonunda iki nəfərin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

Yolu keçmək istəyən 1940-cı il təvəllüdlü Əmirova Nargül Mail qızı və 2003-cü il təvəllüdlü Əmirov Qorxmaz Baloğlan oğlunu minik avtomobili vurub. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. N.Əmirova həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

Hadisəni törədən sürücü Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi