Bakıda nazir müavini və onun həyat yoldaşının yaralanmasına səbəb olan sürücü kassasiya şikayəti verib

Bakıda nazir müavini və onun həyat yoldaşının yaralanmasına səbəb olan sürücü kassasiya şikayəti verib Ali Məhkəmədə keçiriləcək iclas noyabrın 2-nə təyin edilib
Hadisə
1 Noyabr , 2016 09:22
Bakıda nazir müavini və onun həyat yoldaşının yaralanmasına səbəb olan sürücü kassasiya şikayəti verib

Bakı. 1 noyabr. REPORT.AZ/ Bakıda iki nəfərin ölümü, üç nəfərin isə yaralanması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Tural Rəhimov barəsində olan hökmdən kassasiya şikayəti verib.

“Report”un məlumatına görə, Ali Məhkəmədə keçiriləcək iclas noyabrın 2-nə təyin edilib.

İşə hakim İlham Cəfərovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə 2014-cü il mayın 10-da Bakının Nizami rayonu, Heydər Əliyev prospektində baş verib. Tural Rəhimovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil Firdovsi Əliyevin idarə etdiyi "Lexus" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində "VAZ-2107" markalı avtomobildə olan iki sərnişin dünyasını dəyişib, avtomobilin sürücüsü T.Rəhimov, eləcə də "Lexus"un sürücüsü F.Əliyev və onun həyat yoldaşı Arifə Əliyeva ağır bədən xəsarətləri alıblar.

2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə T.Rəhimov 7 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan T.Rəhimov apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. T.Rəhimovun apellyasiya şikayəti təmin edilməyib. Məhkum daha sonra kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Xatırladaq ki, Firdovsi Əliyev ekologiya və təbii sərvətlər nazirinin birinci müavinidir.

Son xəbərlər

Orphus sistemi