Bakıda narkotikin təsiri altında avtomobil idarə edən taksi sürücüsü saxlanılıb

Bakıda narkotikin təsiri altında avtomobil idarə edən taksi sürücüsü saxlanılıb Suraxanı rayonunda narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan daha bir sürücü saxlanılıb.
Hadisə
163
24 Dekabr , 2021 11:44
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən taksi sürücüsü saxlanılıb

Suraxanı rayonunda narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan daha bir sürücü saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan daha bir sürücü müəyyən edilib.

Hövsan qəsəbəsində yaşayan Emin Zeynalov idarə etdiyi “Mersedes” markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb.

İlkin sorğu zamanı sürücü avtomobili narkotik vasitə qəbul edərək idarə etdiyini etiraf edib. Təyin olunan ekspertiza zamanı Emin Zeynalovun sükan arxasında narkotik vasitənin təsiri altında olduğu sübuta yetirilib.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Emin Zeynalovun törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.

Qeyd edək ki, narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücülərin müəyyən edilməsi istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər bütün ölkə ərazisində davam etdirilir.

Son xəbərlər

Orphus sistemi