Bakıda narkotik satan şəxs saxlanılıb

Bakıda narkotik satan şəxs saxlanılıb Polis əməkdaşları tərəfindən Xəzər rayonunda narkotik vasitə, eləcə də psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.
Hadisə
317
1 Sentyabr , 2021 12:23
Bakıda narkotik satan şəxs saxlanılıb

Polis əməkdaşları tərəfindən Xəzər rayonunda narkotik vasitə, eləcə də psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.

Daxili İşlər Nazirliyindən "Report"a bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbiri nəticəsində rayonun müxtəlif ərazilərində, xüsusən Binə qəsəbəsində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin satışını təşkil edən daha 1 nəfər tutulub.

Əməliyyatlar zamanı paytaxt sakini Zaman Əliyev saxlanılaraq istintaqa təqdim olunub. Bu şəxsin üzərinə və evinə baxış zamanı külli miqdarda yüksək təsiredici xassəyə malik ümumi çəkisi 3 kiloqrama yaxın olan narkotik vasitə heroin və marixuana, eləcə də psixotrop maddə metamfetamin, həmçinin 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Saxlanılan şəxs izahatında metamfetamin və heroindən istifadə etməklə yanaşı satışı ilə də məşğul olduğunu da etiraf edib.

Faktla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Xəzər rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi