Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb Nəsimi rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.
Hadisə
9 Sentyabr , 2019 12:49
Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

Nəsimi rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan əvvəllər məhkum olunmuş paytaxt sakini İlkin Yusufovu saxlanılıb.

Onun üzərindən şəxsi axtarış aparılan zaman təmiz çəkisi 0,318 qram qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq İ.Yusufovun Nəsimi rayonu ərazisində yaşadığı evə baxış zamanı oradan 104,815 qram heroin və 5,292 qram metamfetamin aşkar olunaraq götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitələri satış məqsədi ilə əldə edərək özündə saxlayıb. 

Faktla bağlı İ.Yusufov barəsində Cinayət Məcəlləsinin 234.4.3(Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi