Bakıda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb

Bakıda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb Bakı. 2 iyun. REPORT.AZ/ Bakının Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxs tutulub.
Hadisə
2 İyun , 2018 11:58
Bakıda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb

Bakı. 2 iyun. REPORT.AZ/ Bakının Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, polis bölməsinə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat nəticəsində paytaxt sakini olan Emil Qələndərov saxlanılıb.

Onun Maştağa qəsəbəsində yerləşən bağ evinin həyətindəki istixanaya hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən 539 ədəd çətənə kolu və hazır qablaşdırılmış formada satış üçün nəzərdə tutulan 4 kiloqram 670 qram marixuana aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkdiyini bildirib.

Faktla bağlı 14-cü Polis Bölməsində toplanan material araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi