Bakıda narkotik alverində təqsirləndirilən sabiq polis əməkdaşına hökm oxunub

Bakıda narkotik alverində təqsirləndirilən sabiq polis əməkdaşına hökm oxunub Təqsirləndirilən şəxlərin hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
14 İyun , 2017 15:30
Bakıda narkotik alverində təqsirləndirilən sabiq polis əməkdaşına hökm oxunub

Bakı. 14 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən sabiq polis inspektoru Samir Feyzullayev və digərləri - Əlizamin Bayramovla Samir Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxlərin hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin əvvəlində Cəlilabad Rayon Polis Şöbəsinin əməliyyat üzrə inspektoru S.Feyzullayev Bakıda Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Onun üzərindən 1 kq heroin aşkar edilərək, götürülüb.

Ə.Bayramov və S.Əliyev də eyni əmələ görə saxlanılıb.

Onlar Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi