Bakı. 14 noyabr. REPORT.AZ/ Bu gün Bakı
"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində polis əməkdaşı Elnur Həsənov ifadə verib.
O bildirib ki, hadisədən əvvəl təqsirləndirilən Ş.Səmədovanın evi polislər tərəfindən nəzarətə götürülüb: "Polis əməkdaşları Tural Qasımov adlı bir nəfər narkotikə görə saxlanılmışdı. O, ifadəsində narkotiki Şəmsdən aldığını demişdi”.
Ş.Səmədova isə ona elan olunmuş ittihamlarla razı olmadığını vurğulayıb. O, hadisə baş verən gün xəstəxanada olduğunu söyləyib.
Məhkəmənin iclası noyabrın 21-nə təyin edilib.
Qeyd edək ki, polis əməkdaşları mayın 18-də Bakıda narkotik və güclü təsiredici psixotrop tərkibli həblər satan şəxsləri saxlayıb.