Bakıda narkotacir saxlanılıb - VİDEO - YENİLƏNİB

Bakıda narkotacir saxlanılıb - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
15 Yanvar , 2019 13:27
Bakıda narkotacir saxlanılıb - VİDEO - YENİLƏNİB
0 : 00
0 : 00

Video əlavə olunub


*** 13:06

Bakı. 15 yanvar. REPORT.AZ/ Sabunçu rayonunda narkotacir saxlanılıb.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin ifşa olunmaları istiqamətində tədbirlər davam etdirilir.

Belə ki, daxil olmuş məlumat əsasında Sabunçu rayon Polis idarəsi 12-ci polis şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Balaxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Müşfiq Novruzov saxlanılıb. Həmin şəxs 0,581 qram narkotik vasitə olan heroini şərti alıcıya 30 manata satmaq istəyən zaman polislər tərəfindən tutulub.

Əməliyyat tədbirlərinin davamı olaraq M.Novruzovdan əlavə satmaq məqsədi ilə əldə edib gizlətdiyi 1 kiloqram 710 qram heroin də aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində bir müddətdir ki, narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı 12-ci polis şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu rayon Polis idarəsinin İstintaq şöbəsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi