Bakı. 16 noyabr.
"Report"un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin qərarı ilə M.Babayeva 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Bakıda polis əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında Zığ yolu 38 ünvanında əməliyyat keçirib. Axtarış zamanı evdə olan 1990-cı il təvəllüdlü Babayeva Malvina Etibar qızının üzərindən 18 kiloqram narkotik vasitə aşkar edilərək götürülüb.
Məlum olub ki, M.Babayeva Hövsan qəsəbə sakinidir. O, 2014-cü ildə oğurluq və narkotik vasitə istifadə etdiyi üçün də saxlanılıb.
Bildirilib ki, M.Babayeva narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak edib.