Bakıda namus üstündə gəlinini öldürən şəxs: "Onu qonşu ilə hamamda tutdum"

Bakıda namus üstündə gəlinini öldürən şəxs: "Onu qonşu ilə hamamda tutdum" Bakı. 13 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Seyidmalik Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
13 iyun 2018 12:04
Bakıda namus üstündə gəlinini öldürən şəxs: Onu qonşu ilə hamamda tutdum
0 : 00
0 : 00

Bakı. 13 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Seyidmalik Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktının elan edib.

Elan olunmuş ittiham üzrə S.Məmmədov özünü təqsirli bildiyini deyib. Sərbəst ifadə verən təqsirləndirilən şəxs istintaqda dediklərini təsdiqləyib: "Yazılanlar düzdür. Mən qızı başqası ilə tutdum, sonra öldürdüm. Bu cinayəti namus üstündə törətmişəm".

S.Məmmədov bildirib ki, qonşusu Təhmasib adlı şəxs onlara qonaq gəlib, atasından nigaran olduğunu deyib: "Sonra evə getdiyini söylədi. Mən də evə keçdim. Bu zaman ürəyimə nəsə damdı. Pəncərədən çölə baxdım. Gördüm ki, hamamın qapısı açıldı. Aşağı düşüb ora getdim. Qızı hamamda gördüm. Dedim ki, "evə qalx soyuq olar". O, uşağı cimizdirdiyini bildirdi. Üstünə qışqırdım, hamamdan zorla çıxardım. Dalınca içəri girdim ki, qonşu da hamamdadır".

Təqsirləndirilən şəxs deyib ki, həmin hadisədən sonra qonşusunu öldürməyi qərar verib: "Bir ay bunu özümdə saxladım. Heç kimə heç nə deməmişdim. Fikirləşirdim ki, onu tək tutub öldürüm. Təhmasib özü də Zaqatalaya qaçmışdı. Axırda gəlini tək tutdum, öldürdüm, namusumu təmizlədim".

S.Məmmədov qeyd edib ki, hadisədən sonra gəlininə şans verib: "Dedim, öz ayağınla get. O da sözümə qulaq asmayıb, çıxıb getmədi".

Daha sonra S.Məmmədovun oğlu Şəhriyar Məmmədov şahid qismində dindirilib. O bildirib ki, Ayselin əməlləri ilə bağlı atası ona məlumat verib: "Atam "sən heç nə eləmə" dedi. Özü tədbir görəcəyini bildirdi. Həmin gün dükana getmişdim. Atam zəng elədi ki, Ayseli öldürüb".

Təqsirləndirilənin oğlu, qətlə yetirilən qadının həyat yoldaşı Seyid Məmmədov da dindirilib. O, bütün olanlardan xəbərsiz olduğunu söyləyib.

Məhkəmənin növbəti iclası iyunun 20-nə təyin edilib.

Xatırladaq ki, dəhşətli qətl hadisəsi ötən il baş verib. Seyidmalik Məmmədov gəlinini qətlə yetirib.

1958-ci il təvəllüdlü Məmmədov Seyidmalik Məzahir oğlu polisə özü təslim olub. İlkin araşdırmalardan sonra məlum olub ki, S.Məmmədov gəlinini qısqanclıq zəminində öldürüb.

Məlumata görə, S.Məmmədov hadisədən bir neçə gün əvvəl həyətdəki hamamda gəlinini qonşuluqda yaşayan şəxslə tutub.

S.Məmmədov onlara Maştağanı tərk etmələrini, yoxsa onları öldürəcəyini deyib. O, məsələni oğlundan gizli saxlayıb. Həmin hadisədən sonra qonşuluqda yaşayan şəxs Bakını tərk edib. Gəlini isə əvvəlki kimi həyətdəki evdə yaşamağa davam edib. Seyidmalik Məmmədov bir neçə dəfə gəlininə çıxıb getməsini, onun həyat yoldaşına xəyanət etməsindən sonra burada yaşamasının düzgün olmadığını desə də, qadın buna əhəmiyyət verməyib. Əsəblərinə hakim ola bilməyən kişi tüfənglə gəlinini güllələyərək öldürüb.

Son xəbərlər

Orphus sistemi