Yuxarı
    Bağlamaq

    Bakıda naməlum şəxslər 27 yaşlı oğlanın əllərinə xəsarət yetirərək pullarını aparıblar

    Hadisə Suraxanı rayonunda qeydə alınıb

    Bakı. 14 dekabr. REPORT.AZ/ Bakıda 2 naməlum şəxs 27 yaşlı oğlanın əllərinə xəsarət yetirərək 800 manat pulunu aparıblar.

    "Report"un xəbərinə görə, hadisə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qeydə alınıb.

    Belə ki, 1989-cu il təvəllüdlü Elnur Şıxalıyev küçə ilə gedərkən iki naməlum şəxsin hücumuna məruz qalıb. Ondan pul tələb edən şəxslər E.Şıxalıyevin əllərinə bir neçə bıçaq zərbəsi vurub. Bundan sonra onun əlində olan 800 manat pulunu aparıblar. E.Şıxalıyev evdə tibbi yardım alıb.

    Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi