Tibb Universitetinin tələbəsi intihar etdi, meyiti tapılmır - YENİLƏNİB-2

Tibb Universitetinin tələbəsi intihar etdi, meyiti tapılmır - YENİLƏNİB-2 Dənizkənarı Milli Park ərazisində dənizdə intihar edən Günel Rzayeva Azərbaycan Tibb Universitetinin (ATU) tələbəsidir.
Hadisə
25 Fevral , 2020 14:24
Tibb Universitetinin tələbəsi intihar etdi, meyiti tapılmır - YENİLƏNİB-2
google.az
0 : 00
0 : 00

Dənizkənarı Milli Park ərazisində dənizdə intihar edən Günel Rzayeva Azərbaycan Tibb Universitetinin (ATU) tələbəsidir.

“Report”un xəbərinə görə, 1994-cü il təvəllüdlü G.Rzayeva 2017-ci ildə 667 balla Tibb Universitetinə qəbul olub.

Hazırda onun meyiti axtarılır.


*** 12:27

Dənizkənarı Milli Park ərazisində dənizə düşən iki nəfərin adları açıqlanıb.

“Report”un xəbərinə görə, Sabirabad rayon sakini, 1994-cü il təvəllüdlü Günel Rzayeva özünü Dəniz Vağzalının yaxınlığında Xəzər Dənizinə ataraq intihar edib.

Daha sonra onu xilas etmək istəyən həmyerlisi və sevgilisi, 1995-ci il təvəllüdlü Balahüseyn Məmmədov da özünü dənizə tullayıb. B.Məmmədov Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları tərəfindən xilas edilib.

Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi, Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının iştirakı ilə Səbail rayon Prokurorluğu tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri tədbirlər yerinə yetirilib. G.Rzayevanın meyitinin FHN əməkdaşları tərəfindən axtarışı mümkün olmayıb. B.Məmmədovun vəziyyəti isə hazırda kafidir.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.


***09:45

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Səbail rayonunda, Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

FHN-dən "Report"a verilən məlumata görə, hadisə yerinə Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. 

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi