Yuxarı

Bakıda naməlum şəxs 35 yaşlı kişiyə 5 bıçaq zərbəsi vuraraq qaçıb

Yaralı xəstəxanaya yerləşdirilib

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bakıda bıçaqlanma hadisəsi olub.

Hüquq-mühafizə orqanlarından “Report”a verilən məlumata görə, Yasamal rayonunda 35 yaşlı kişiyə 5 bıçaq zərbəsi vurulub.

Belə ki, Yasamal rayonu Alatava ərazisində yaşayan 35 yaşlı Azər Tağıyev yaşadığı ev istiqamətində hərəkət edirmiş. Bu zaman A.Tağıyevin qarşısına tanımadığı şəxs çıxıb və ona 5 bıçaq zərbəsi vuraraq ərazidən uzaqlaşıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Bölməsinin əməkdaşları A.Tağıyevi bıçaqlayaraq qaçan şəxsin axtarışına başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi