Bakı. 28 dekabr. REPORT.AZ/ Bakıda naməlum şəxs 28 yaşlı gəncə 5 bıçaq zərbəsi vuraraq qaçıb.
"Report"un xəbərinə görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, Xətai prospekti 83 ünvanında naməlum şəxs Ağdam rayon sakini 1988-ci il təvəllüdlü Həsənov Qafqaz Rafiq oğlunun kürək və qarın nahiyəsinə 5 bıçaq zərbəsi vurub və ərazidən qaçıb.
Q.Həsənov ağır xəsarət alaraq 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.