Bakıda yolu keçən kişini avtomobil vuraraq öldürüb

Bakıda yolu keçən kişini avtomobil vuraraq öldürüb Bakıda naməlum kişi dünyasını dəyişib
Hadisə
28 İyul , 2023 09:12
Bakıda yolu keçən kişini avtomobil vuraraq öldürüb

Bakıda piyada zolağı olmayan yerdən yolu keçən 55-60 yaşlarındakı kişini avtomobil vuraraq öldürüb.

"Report" xəbər verir ki, hadisə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 27C ünvanında qeydə alınıb.

Belə ki, hadisə bu gecə saat 01:40 radələrində, Sumqayıt şəhər sakini, 1993-cü il təvəllüdlü Nemətli Ceyhun Nurxan oğlunun idarə etdiyi "Opel" markalı, 01-EX-256 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə törədilib.

Faktla bağlı Narimanov RPİ-də cinayət işi başlanıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi