Bakıda naməlum avtomobil piyadanı vurub

Bakıda naməlum avtomobil piyadanı vurub Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
13 mart 2017 05:44
Bakıda naməlum avtomobil piyadanı vurub

Bakı. 13 mart. REPORT.AZ/ Bakıda naməlum avtomobilin vurduğu 59 yaşlı kişi ağır kəllə-beyin travması alıb.

"Report"un xəbərinə görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsində 1958-ci il təvəllüdlü Babayev Baxış Saleh oğlunu naməlum avtomobil vurub. Ağır xəsarət alan B.Babayev xəstəxanaya yerləşdirilib.

Həkimlərin müayinəsindən sonra B.Babayevin sağ və sol qabırğalarının sındığı, ağır kəllə-beyin travması aldığı məlum olub. 

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi