Yuxarı

Bakıda müxtəlif şəxslərin 450 min manat pulunu dələduzluqla əldə edən qadın məhkəməyə müraciət edib

O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir

Bakı. 8 oktyabr. REPORT.AZ/ Dələduzluqda təqsirləndirilən Aygün Babaşova barəsində olan hökmdən apellyasiya şikayəti verib.

“Report”un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək hazırlıq iclası oktyabrın 10-na təyin edilib.

İşə hakim İlqar Murquzovun sədrliyi ilə baxılacaq. A.Babaşova barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Qeyd edək ki, ittiham aktına əsasən, A.Babaşova 8 nəfərin etibarından sui-istifadə edərək ümumilikdə 450 min manat pulu dələduzluq yolu ilə əldə edib. O, həmin şəxslərə bildirib ki, onlarla birlikdə biznes quracaq.

A.Babaşova Cinayət Məcəlləsinin 178.3.2. (külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Babaşova 11 il müddətinə azadlıqdan məhrum edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi