Yuxarı

​Bakıda mütəşəkkil dəstə üzvlərinə üst-üstə 44 il həbs cəzası verilib

Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən proses başa çatıb

Bakı. 21 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayət Məhkəməsində oğurluqda təqsirləndirilən Vaqif Ağayev, Asəf Əliyev, Elnur Əliyev, Elvin Əliyev və Tural Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Ağayev 8 il, A.Əliyev 9 il 6 ay, Elvin Əliyev 7 il 6 ay, Elnur Əliyev 10 il və T.Əzizov 9 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2015-ci ilin iyulun 26-da saat 23:30 radələrində, Nərimanov rayonu ərazisində baş verib. A.Gəraybəyli küçəsində yaşayan 1968-ci il təvəllüdlü Şəhla Əhmədovanın mənzilindən açarseçmə yolu ilə içərisində 40 min manat, 20 min ABŞ dollar və 50 min manat dəyərində qızıl-zinət əşyaları olan seyf oğurlanıb.

Nərimanov Rayon Poolis İdarəsinin (RPİ) 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmkdə şübhəli bilinən mütəşəkkil dəstə üzvləri - Suraxanı rayon, Hövsan qəsəbə sakini, 1989-cu il təvəllüdlü A.Vaqif, Tərtər rayon sakinləri A.Əliyev və əvvəllər məhkum olunan T.Əzizov, Cəlilabad rayon sakinləri, 1990-cı il təvəllüdlü E.Əliyev və 1991-ci il təvəllüdlü E.Əliyev saxlanılıb.

Həmin şəxslər Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi