Bakıda müştərisinə qarşı quldurluq edən taksi sürücüsü saxlanılıb

Bakıda müştərisinə qarşı quldurluq edən taksi sürücüsü saxlanılıb Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa “102”yə və ya Səbail RPİ-nin 41-ci PB-nə müraciət edə bilərlər
Hadisə
6 Mart , 2017 16:02
Bakıda müştərisinə qarşı quldurluq edən taksi sürücüsü saxlanılıb
DİN-in mətbuat xidməti

Bakı. 6 mart. REPORT.AZ/ Daxili işlər orqanları şəxsiyyət əleyhinə olan, xüsusən quldurluq cinayətlərinin qarşısının alınması və açılması istiqamətində uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.

Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Səbail Rayon Polis İdarəsinin (RPİ) 41-ci Polis Bölməsinə (PB) müraciət edən Abşeron rayon sakini Mətləb Rüstəmov Badamdar qəsəbəsində yerləşən çay evlərindən birindən çıxaraq taksiyə əyləşdiyini və həmin avtomobilin sürücüsü tərəfindən bıçaqla hədələnərək 400 manat pulunun alındığı bildirib.

Səbail RPİ 41-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Nemət Mamedov saxlanılıb.

Qeyd edilən faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən Nemət Mamedovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Səbail RPİ-nin 41-ci PB-nə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi