Bakıda müştərilər hesaba görə restoran sahibi ilə dava edib, xəsarət alan və saxlanılan var

Bakıda müştərilər hesaba görə restoran sahibi ilə dava edib, xəsarət alan və saxlanılan var Fakt üzrə araşdırmalar davam etdirilir
Hadisə
9 Avqust , 2017 16:12
Bakıda müştərilər hesaba görə restoran sahibi ilə dava edib, xəsarət alan və saxlanılan var

Bakı. 9 avqust. REPORT.AZ/ Bakıda dənizkənarı restoranlardan birində dava düşüb.

“Report”un məlumatına görə, Xəzər rayonu, Mərdəkan çimərliyində yerləşən “Black Cek” restoranında iki nəfər naməlum şəxs obyekt sahibi ilə hesab üstündə mübahisə edib.

Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib.

Hadisə yerinə Xəzər Rayon Polis İdarəsinin əməkdaşları gəlib.

Restoran sahibi ilə mübahisə edən şəxslərdən biri - Pərvin Mehrəliyev saxlanılıb.

Məlum olub ki, mübahisə zamanı P.Mehrəliyevin tanışı özünə şüşə butulka ilə xəsarətlər yetirib.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi