Yuxarı

Bakıda müştəri taksi sürücüsünü bıçaqlayıb avtomobilini apardı

Müştəri onun avtomobilinə əyləşərək ərazidən uzaqlaşıb

Bakı. 2 fevral. REPORT.AZ/ Bakıda taksi sürücüsü bıçaqlanıb. “Report”un məlumatına görə, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində baş verib.

Belə ki, şəxsi avtomobili ilə taksi fəaliyyəti gösərən 30 yaşlı Mürsəliyev Ramil Eldəniz oğlu avtomobilə müştəri qismində əyləşən şəxs tərəfindən bıçaqlanıb. Qarın nahiyəsindən bıçaq zərbəsi alan yaralı 3 saylı Şəhər Xəstəxanasına aparılıb. O, xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

R.Mürsəliyev müştərisi tərəfindən bıçaqlandıqdan sonra, avtomobilindən də olub. Belə ki, cinayəti törədən şəxs zərərçəkəni yaralı halda maşından yerə atıb, daha sonra onun avtomobilinə əyləşərək ərazidən uzaqlaşıb.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları həm qaçırılan avtomobilin, həm də cinayətkarın axtarışlarını davam etdirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi