Bakıda müğənninin qətl törətməkdə təqsirləndirilən atasının məhkəmə istintaqı başa çatıb

Bakıda müğənninin qətl törətməkdə təqsirləndirilən atasının məhkəmə istintaqı başa çatıb Məhkəmənin növbəti iclası sentyabrın 28-nə təyin edilib
Hadisə
25 Sentyabr , 2017 12:50
Bakıda müğənninin qətl törətməkdə təqsirləndirilən atasının məhkəmə istintaqı başa çatıb

Bakı. 25 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını və qohumunu öldürməkdə təqsirləndirilən Qurban Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

Məhkəmənin növbəti iclası sentyabrın 28-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il mart ayının 24-də Abşeron rayonu Saray qəsəbəsində baş verib. 1962-ci il təvəllüdlü Hüseynov Qurban İsmayıl oğlu şəxsi münasibətlərin pozulması zəminində öz həyat yoldaşı, 54 yaşlı Hüseynova Fəraiz Zakir qızını küt alətlə qətlə yetirib. Bundan sonra həyat yoldaşının yaxın qohumu 18 yaşlı Amur-Təbrizi Rəhilə Əsgər qızını da öldürüb.

İlkin məlumata görə, xalasının himayəsində yaşayan Rəhilə Əsgər qızının iki gün öncə nişan mərasimi olub.

Hadisədən sonra meyitlər müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə göndərilib.

Qətli törədən Q.Hüseynov Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla əlaqədar Abşeron Rayon Prokurorluğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha çox şəxsi öldürmə) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, qətli törədən Q.Hüseynov "N brothers” musiqi qrupunun üzvü İsmayıl Hüseynovun atasıdır.

Son xəbərlər

Orphus sistemi