Bakıda qadına qarşı soyğunçuluq edən şəxslər saxlanılıblar.
Bu barədə "Report"a
Belə ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini T.Orucova fevralın 18-də Landau küçəsində müəyyən edilməyən motosiklet sürücüsünün onun içərisində 220 manat, bank kartları və mobil telefon olan pulqabısını açıq talama yolu ilə aldığını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri F.Balayev və əvvəllər məhkum olunmuş A.Quliyev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.