Bakıda motosikletlə avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Dərnəgül yolunda qeydə alınıb.
Qəza zamanı motosikletin sürücüsü, 1998-ci il Dostuyev Xudayar Teyyub oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona çənə sümüyünün sınığı diaqnozu qoyulub.