Bakıda motosikletlə avtomobil toqquşub, xəsarət alan var

Bakıda motosikletlə avtomobil toqquşub, xəsarət alan var Bakı. 13 yanvar. REPORT.AZ/ Bakıda motosikletlə avtomobil toqquşub.
Hadisə
13 Yanvar , 2018 07:10
Bakıda motosikletlə avtomobil toqquşub, xəsarət alan var

Bakı. 13 yanvar. REPORT.AZ/ Bakıda motosikletlə avtomobil toqquşub.

"Report" xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib.

Belə ki, Çaykovski küçəsində 1995-ci il təvəllüdlü Qənbərli Asim Rahim oğlu idarə etdiyi motosikletlə ön işıqları yandırmadan yüksək sürətlə hərəkət edən zaman Elnur Feyzullayevin idarə etdiyi "Mercedes"ə çırpılıb. Nəticədə motosikletin sürücüsü A. Qənbərli ağır xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

"Mercedes"in sürücüsü E.Feyzullayev "Report"a bildirib ki, motosiklet nasaz vəziyyətdə olub. Motosikletin heç bir işığı olmayıb. Buna görə də avtomobilin sürücüsü onu görməyib.

Faktla bağlı hadisənin baş verdiyi əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

İlkin avtotexniki ekspertiza təyin edilib.

Son xəbərlər

Orphus sistemi