Bakıda yol qəzası baş verib.
"Report"un məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda, Rəşid Behbudov və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, motosikletlə “90-TX-636” dövlət nömrə nişanlı "Priora" markalı avtomobil toqquşub. Hadisə nəticəsində motosikletin sürücüsü xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Qəza yerinə DYP və PPX əməkdaşları, eləcə də təxliyə maşını cəlb edilib.


