Paytaxtın Yasamal rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
“Report”un məlumatına görə, Naxçıvani küçəsində 1962-cı təvəllüdlü Tağıyev Ağasəlim Qafar oğlu yolu keçərkən onu motosiklet vurub.
Yaralı xəstəxanaya çatdırılıb və müayinə zamanı ona hər iki bud sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.