Bakıda motosikletçi qəza törətdi, xəsarət alan var

Bakıda motosikletçi qəza törətdi, xəsarət alan var Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
1587
2 Sentyabr , 2020 06:54
Bakıda motosikletçi qəza törətdi, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Sürücü, 1983-cü il təvəllüdlü Paşayev Vüqar Rüstəm oğlu motosikletə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi beton maneəyə çırpılıb. V.Paşayev hadisə zamanı müxtəlif bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi