Bakıda motosiklet yüksək sürətlə piyadanı vurub

Bakıda motosiklet yüksək sürətlə piyadanı vurub Bakı. 7 iyul. REPORT.AZ/ Paytaxtın Nərimanov rayonunda 1 nəfər qəza nəticəsində xəsarət alıb.
Hadisə
7 İyul , 2018 08:29
Bakıda motosiklet yüksək sürətlə piyadanı vurub

Bakı. 7 iyul. REPORT.AZ/ Paytaxtın Nərimanov rayonunda 1 nəfər qəza nəticəsində xəsarət alıb.

"Report"un xəbərinə görə, yol qəzası motosiklet sürücüsünün kobud qayda pozuntularına yol verməsi səbəbindən baş verib.

"10-B-538" qeydiyyat nişanlı motosiklet yol hərəkəti qaydalarını pozaraq sürət həddini aşıb. Atatürk prospektində nəqliyyat vasitələrinin az olmasından istifadə edən 1975-ci il təvəllüdlü Osmanov Hafiz Qəhrəman oğlu piyada keçidindən keçərkən parkdan yola daxil olan motosiklet onu vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi