Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, sürücü, 1995-ci il təvəllüdlü Mirzəyev Təbriz Xosrov oğlu motosikletə idarəetməni itirib, nəticədə o, xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ topuğun sınığı diaqnozu qoyulub.