Bakıda motosiklet sürücüsü idarəetməni itirərək xəsarət aldı

Bakıda motosiklet sürücüsü idarəetməni itirərək xəsarət aldı Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
563
24 Sentyabr , 2020 02:43
Bakıda motosiklet sürücüsü idarəetməni itirərək xəsarət aldı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 9-cu mikrorayon ərazisində motosiklet sürücüsü, 1999-cu il təvəllüdlü Abuzərzadə Ayxan İlham oğlu hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib, nəticədə sürücü yolun kənarındakı səkiyə çırpılıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ dizin əziyi diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi