Bakıda motosiklet qəza törətdi, sürücü yaralandı

Bakıda motosiklet qəza törətdi, sürücü yaralandı Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
7 Fevral , 2021 23:26
Bakıda motosiklet qəza törətdi, sürücü yaralandı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Şamiyev Adəm Musaxan oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə motosiklet əvvəlcə yol kənarındakı maneələrə çırpılıb, daha sonra aşıb.

Bədən xəsarətləri alan yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ qolun sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi