Bakıda motosiklet sürücüsü qəza törədib, xəsarət alan var

Bakıda motosiklet sürücüsü qəza törədib, xəsarət alan var Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
3 Fevral , 2021 23:55
Bakıda motosiklet sürücüsü qəza törədib, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

1991-ci il təvəllüdlü Əsədullayev Tacir Əlibala oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə motosiklet əvvəlcə yol kənarındakı maneələrə çırpılıb, daha sonra aşıb. Hadisə zamanı Tacir Əsədullayev müxtəlif xəsarətlər alıb. Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qarnın və döş qəfəsinin küt travması, bədənin müxtəlif dərəcəli siyrilmiş əzikləri diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi