Bakıda motosiklet maneəyə çırpıldı, xəsarət alan var

Bakıda motosiklet maneəyə çırpıldı, xəsarət alan var Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə
29 Mart , 2020 05:54
Bakıda motosiklet maneəyə çırpıldı, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.

1998-ci il təvəlldlü Akimov Kamil Nizami oğlu motosikletlə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə motosiklet maneəyə çırpılıb. Qəza nəticəsində K.Akimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi